• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26
Sinif otaqlarımız

Bizim rəngarəng sinif otaqlarımız müxtəlif məqsədlərə uyğun tərtib olunub. Sinif otaqları uşaqların rahat hərəkət etməsi, kəşf etməsi və oynamağı üçün müxtəlif öyrənmə materiallarla təmin edilib və açıq, isti rənglərlə boyanılıb. Otaqlar müxtəlif fəaliyyətlərin icra olunması zamanı rahat hərəkət etməyə imkan yaradan yüksək keyfiyyətli mebel və avadanlıqlarla  təchiz olunub.

Sinif otaqlarına kifayət qədər günəş işığı düşür və müxtəlif fəsillərdə temperaturu stabil saxlamaq üçün hər bir otaq soyutma və isitmə sistemi ilə təchiz olunub. Sinif otaqlarında müəllimlər üçün kompyuter, TV monitorları, interaktiv ağıllı lövhələr təchiz olunmuşdur ki, bunlar da uşaqlara ilkin yazı bacarıqlarına yiyələnməyə, riyazi oyunlar oynamağa və texnologiyanı daha yaxından öyrənməyə şərait yaradır.

Uşaqlar erkən yaşdan informasiya və komunikasiya texnologiyaları ilə tanış edilir. İKT avadanlıqları uşaqların öyrənmə və kəşf etmə bacarığını inkişaf etdirməyə imkan yaradır.

Məşğələ otağı

Məşğələ otaqları daha maraqlı və əyləncəli öyrənmə mühiti yaratmaq üçün nəzərdə tutulub. Müxtəlif oyuncaqlarla zəngin olan otaqlarımızda uşaqlar maarifləndirici oyunlar oynayırlar. Bu otaqların mahiyyəti tamamilə fərqli mühitdə oynayaraq öyrənməkdir. Bütün oyunlar tədris proqramının tərkib hissəsini təşkil edir.

Musiqi və rəqs otağı

Yüksək səviyyədə təchiz olunmuş musiqi və rəqs otaqlarımız uşaqların istedadlarını üzə çıxarmağa və inkişaf etdirməyə xidmət edir. Uşaqlar ritm, elastiklik, koordinasiya və özünü ifadə etmək kimi bacarıqlara yiyələnirlər. Onlara rəqslərin qurulması və təqdim olunmasında öz qabiliyiyyətlərini nümayiş etdirmək imkanı da yaradılır.

Kompyuter laboratoriyası

Bizim kompyuter laboratoriyası uşaqların texnologiyanı tədqiq edərkən daha həvəslə işləməsinə şərait yaradan öyrədici proqram və oyunlarla zəngindir və bunların köməyilə uşaqlar rəqəm, səsli hərflər, elecə də bəzi elmi anlıyışları öyrənəcəklər.

Kompyuter laboratoriyasında şagirdlər kompyuterin əsas 6 hissəsini tanıyacaqlar. Bunlar ekran, klaviatura, əsas qurğu, siçan, sərt disk və printerdir. Bundan əlavə, şagirdlər siçandan istifadə etməklə istiqamətləndirmək, klikləmək və hərəkət etdirmək kimi bacarıqlara yiyələnəcəklər. Onlar adlarını, doğum tarixlərini və sadə cümlələri klaviaturada yazmağı öyrənəcəklər.

Onlar kompyuter laboratoriyasında texnologiyanın köməyilə nəinki ünsiyyət bacarıqlarını eləcə də yüksək qavrama bacarıqlarını inkişaf etdirəcəklər.

Elmi laboratoriyalar

Bizim elmi laboratoriyalarımız praktik materiallarla (maqnit, böyüdücü eynək, çəki tərəziləri, sensorlu material, əyani ləvazimatlar, oyuncaq kublar , pazl, konstruksiyalı oyuncaqlar və s.) təchiz olunmuşdur.

Elmi məşğələlər və təcrübələr öyrənmə prosesini əyləncəli təşkil etməyə kömək edir. Bu fəaliyyətlər uşaqların qısa zaman ərzində diqqətlərini  toplamaları üçün əvəzsizdir. Oyunlar uşaqların asanlıqla toxuna və görə biləcəkləri materiallarla təmin olunmuşdur. Bu təcrübi fəaliyətlər və məşğələlər nəinki yüksək elmi biliklərə giriş verir, hətta uşaqlarda dərin marağın oyanmasına səbəb olur. Həmçinin, onlarda sual vermə, problem həll etmə və cavab tapmaq kimi qabiliyyətləri formalaşdırır.

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image