• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26
İbtidai təhsil (5-11 yaşlılar)

Kaspi Beynəlxalq Məktəbində tədris proqramı şagirdlərin bilikləri ilə yanaşı 21-ci əsr bacarıqlarını da inkişaf etdirməyə yönəlmişdir.  Tədris dünya ölkələrinin bir sıra beynəlxalq məktəblərində tətbiq olunan Kembric (Cambridge) kurikulumu əsasında aparılır. Bu proqramın üstünlüyü şagirdi düşünməyə, mühakimə yürütməyə və ünsiyyətə həvəsləndirir. Şagirdlər müstəqil fikir söyləmə və ümümi rəyi dəyərləndirmə bacarıqlarına malik olurlar. Onlar qruplarda işləyərək liderlik bacarıqlarını inkişaf etdirirlər.  Bu kurikulum əsasında özünəinamlı, məsuliyyətli, yaradıcı və tənqidi düşüncəyə malik şagirdlər yetişir. Ən vacibi isə onlar mərhəmət etməyi, biliklərini paylaşmağı və dostluq qurmağı öyrənirlər.

Kembric Kurikulumu ilə şagirdlər ibtidai təhsilin hər mərhələsində nəyi bacarmalı olduqlarını müəyyənləşdirərək, maraqlı təhsil səyahətinə başlayırlar. Proqram şagirdlərdə İngilis dili, riyaziyyat və elm sahələrini əhatə edən üç əsas sahədə lazımi bilik və bacarıqlar inkişaf etdirir. Kembric İbtidai Kurikulumu əsasən 5 yaşdan 11 yaşa qədər olan şagirdlərin təhsili üçün nəzərdə tutulub.

İbtidai təhsil dövründə şagirdlərin bilik və bacarıqlarının ölçülməsi və qiymətləndirilməsi Kembric İbtidai təhsilin yoxlanılması  (Cambridge Primary Checkpoint tests) testləri vasitəsilə aparılır.  Bu testlər üç əsas öyrənmə sahəsini əhatə edir. Testlər təhsilin növbəti mərhələsinə keçmədən əvvəl şagirdin güclü və zəif tərəfləri barədə dəyərli rəylər verir.

Kembric İbtidai təhsil Kurikulumunun əsas öyrənmə sahələri haqqında məlumat aşağıdakı linklərdə verilmişdir:

Kaspi Beynəlxalq Məktəbində əsas fənlərin (Math, Phonics, Science, Social Studies, English) tədrisi ingilis dilindədir. Bu fənnlərdən əlavə şagirdlərin hərtərəfli inkişafını təmin edən dərslər də tədris olunur:

  • Azərbaycan və rus dili;
  • İnformatika (Kompyuter) fənni; 
  • Şagirdlərin məntiqi analiz etmə və riyazi mühəndislik qabiliyyətlərini inkşaf etdirmək üçün STEAM dərsi;
  • Sosial bacarıqların inkişafı  üçün musiqi, rəqs, incəsənət (art) və dram dərsləri;
  • Müxtəlif idman növləri (şahmat, futbol, basketbol, gimnastika və s.) üzrə dərnəklər;
  • Ev tapşırıqlarının həlli və möhkəmləndirmə dərsləri.

Şagirdlərin məktəbdə günlük rejimi 3 hissəyə ayrılıb.:

  • Tədris Vaxtı: 8:30 – 15:00
  • Dərsdənkənar fəaliyyətlər 15:00 – 16:00
  • Ev tapşırığı klubu 16:00 – 17:00

Kaspi Beynəlxalq Məktəbində uşaqların hər sinfi üçün 2 müəllim nəzərdə tutur. Siz uşağınızın təhsil fəaliyyəti barəsində mütəmadi məlumat alacağınıza görə, övladınızın il boyu inkişafından əmin olacaqsınız.

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image