• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26
Məktəbəqədər təhsil (3-5 yaşlılar)

Kaspi Beynəlxalq Məktəbində məktəbəqədər təhsil "Foundation Stage" mərhələsi adlanır və 3-4 yaşlı (Pre-Kinder) və 4-5 yaşlı (Kinder 1) qrupları əhatə edir.

Foundation Stage 2 (Kinder 1 - 4-5 yaşlılar)

Bu yaşdakı uşaqlar yeni bacarıqlara yiyələnməyə hazır olurlar və əlləri vasitəsi ilə yeni işlər görməyi sevirlər. Bizim məktəbəqədər proqram uşaqların yaradıcılıq qabiliyyətini stimullaşdıraraq, oxu və yazı, riyazi düşünmə və problem həll etmə kimi mühüm təməl bacarıqlarını inkişaf etdirməyə istiqamətlənmişdir.

  • Fiziki inkişaf və bacarıqlar
  1. Fiziki fəaliyyətlərdə gündəlik iştirak, topu atıb-tutma və maneələri aşmaqla müxtəlif bədən hərəkətlərinin icra edilməsi.
  2. Kublar vasitəsilə müxtəlif mərhələli layihələrin icrası  üçün plan hazırlanması. və s.
  • Dil bilikləri
  1. Tanış insan, məkan, əşya və hadisələrin detalları ilə təsvir edilməsi
  2. Tanış hekayənin məntiqi ardcıllıqla  - əvvəli, ortası və sonu - nəql edilməsi
  3. Öz adında olan hərflərlə yanaşı digər hərflərin də yazılması
  • Hesab
  1. Sadə nümunələr hazırlanması və ölçülərinə görə əşyaların düzülməsi
  2. Sadə toplama və çıxma əməliyyatlarının icra edilməsi
  • Təbiət və intuisiya
  1. Bilik və şəxsi təcrübəyə əsaslanaraq elmi təcrübələrin nəticələrinin əvvəlcədən söylənilməsi
  • Sosial-emosional
  1. Tanış və yad olan yaşca böyük insanlarla ünsiyyət yollarının axtarılması
  2. Müntəzəm olaraq, bir-birinə hörmət və qayğı göstərərək paylaşma, növbələşmə və ünsiyyət qurmanın öyrənilməsi
  3. Fərqli yanaşmaların dəyərləndirilməsi
  4. Yalnız ünsiyyət quraraq münaqişələri həll etmək bacarığının nümayiş etdirilməsi
  • İncəsənət
  1. Gil və boya kimi materiallardan istifadə edərək incəsənət nümunələrinin hazırlanması
  2. Musiqi növünə və ritminə uyğun hərəkətlər etmək

Uşağınızın gündəlik rejimi:

  • Məktəbəqədər uşaqların təməl və dil bacarıqlarını inkişaf etdirə biləcəyi riyaziyyat, dil, oxu və yazı dərsləri.
  • Uşaqların dinləmə bacarıqlarını və söz bazasını genişləndirəcək musiqili dinamik dərslər.
  • Uşaqların enerji sərf edəcəyi və fiziki bacarıqlarını tətbiq edə biləcəkləri çöl oyunları.
  • Qidalanma və istirahət üçün nahar və yuxu saatı.
  • Tam günlük proqrama gündə 4 dəfə qidalanma daxildir.

Məktəbəqədər uşaqların hər sinfi üçün 2 müəllim nəzərdə tutulur. Siz uşağınızın gündəlik qidalanma, yuxu və təhsil fəaliyyəti barəsində mütəmadi məlumat alacağınıza görə, övladınızın il boyu inkişafından əmin olacaqsınız.

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image