• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26
Məktəbəqədər təhsil (3-5 yaşlılar)

Kaspi Beynəlxalq Məktəbində məktəbəqədər təhsil "Foundation Stage" mərhələsi adlanır və 3 -4 yaşlı (Pre-Kinder) və 4-5 yaşlı (Kinder 1) qrupları əhatə edir. "Foundation Stage" mərhələsində uşaqların inkişafı 6 əsas məzmun öyrənmə sahələrini: Xarici dillər, Hesab, Yaradıcılıq sənəti, Həyat bilgisi, Sosial-emosional və Fiziki inkişaf kimi bacarıqları əhatə edir.  

Foundation Stage 1 (Pre-Kinder - 3-4 yaşlılar)

Bizim məktəbəqədər təhsil müəssisində sizin övladınız  yüksək təcrübəli müəllimlər tərəfindən müəyyən sərhədlər daxilində sərbəstlik verilərək, fərdi diqqət və qayğı göstərilərək təhlükəsiz və öyrədici mühitdə inkişaf edəcəklər.

Məqsədimiz uşaqlara aşağıdakı bacarıqlar üzrə əsaslı təməl qoymaqdan ibarətdir:

  • Fiziki inkişaf və motorika bacarıqları:  Uşaqlara  motorika bacarıqlarının və inkişaf etdirilməsi üçün fəal və interaktiv öyrənmə mühiti təklif olunur.
  1. Uşaqlar sadə tapşırıqları sərbəst yerinə yetirir
  2. İnsanları və ya hadisələri 5-10 dəqiqə diqqətlə izləyir
  3. Yeni obyekt və hadisələri diqqətlə araşdırmağı öyrənirlər
  •  Dil bilikləri: Kitabların və hekayələrin öyrənilməsi ədəbiyyat və dil sevgisinin formalaşmasına təkan verir.
  1. Uşaqlar sözün ilk hərfinin müəyyənləşdirməyə başlayır;
  2. 5-10 hərfi müəyyənləşdirir və adlandırır;
  3. Öz adını tanıyır və adındakı hərfləri müxtəlif fiqurlar şəklində yazır.
  • Musiqi və hərəkət: musiqi alətləri və oyuncaqlar:
  1. Melodiyaları və ritm nümunələrini təkrar edir;
  2. İstiqamətləndirməyə əsaslanan və qeyri-adi hərəkətlərin icra olunmasını tələb edən hərəkətli oyunlar oynayır.
  • Hesab və təbiət elmləri: Övladınız riyaziyyat, məntiq, təbiət elmlərinin konseptini öyrənəcək və toplama, seçmə, sayma və müxtəlif əşyaları bir yerə yığmaqla ilkin fiziki bacarıqlarını inkişaf etdirəcək:
  1. Say sözlərini və sayları müvafiq kəmiyyətlə əlaqələndirir;
  2. Müəllimlər tərəfindən təşkil olunan araşdırmalarda iştirak edir.
  • Vizual və yaradıcı incəsənət: Rəngləmə və şəkil çəkmə vasitəsilə övladınız göz-əl koordinasiyasını, kiçik əzələləri hərəkət etdirmək və problem həlletmə yollarını öyrənəcəkdir:
  1. İnsanlar, heyvanlar və əşyaların da əlavə olunduğu əl işi hazırlayır.

Uşağınızın günlük rejimi:

Beynəlxalq Məktəbəqədər Tədris Proqramının hər bir tematik bölməsi asan planlaşdırma əsasında hazırlanmış və günlərə bölünmüşdür. Hər bir bölməyə 5 günlük fəaliyyət növləri daxil edilmişdir. Hər gün 3 fəaliyyət nəzərdə tutulur və bunlar dil bilikləri, musiqi, incəsənət, hesab və təbiət elmlərinə əsaslanır.

Bundan əlavə, azyaşlının gündəlik rejiminə həmçinin, nahar və yuxu saatı daxildir və bu uşağın inkişaf etməkdə olan beyninin istirahət etməsinə və bədəninin qidalanmasına, çöl oyunları isə enerjinin sərf edilməsinə və fiziki bacarıqların təkmilləşdirilməsinə yardım edir. Tam günlük proqrama gündə 4 dəfə qidalanma daxildir.

Kaspi Məktəbəqədər Təhsil Müəssisəsində hər qrup üçün 2 müəllim nəzərdə tutulmuşdur. Valideynlər övladlarının qidalanma, yuxu və öyrənmə fəaliyyətləri barəsində mütəmadi olaraq məlumatlandırılacaqlar. Beləliklə, onlar övladlarının tərəfimizdən təşkil olunan müxtəlif fəaliyyətlərə cəlb olunmasından, həvəsləndirilməsindən, onun ilkin yüksək fiziki bacarıqlarının, dil biliklərinin inkişaf etdirilməsindən və ən əsası onlara qayğının göstərilməsindən əmin ola bilərlər.

Foundation Stage 2 (Kinder 1 - 4-5 yaşlılar)

Bu yaşdakı uşaqlar yeni bacarıqlara yiyələnməyə hazır olurlar və əlləri vasitəsi ilə yeni işlər görməyi sevirlər. Bizim məktəbəqədər proqram uşaqların yaradıcılıq qabiliyyətini stimullaşdıraraq, oxu və yazı, riyazi düşünmə və problem həll etmə kimi mühüm təməl bacarıqlarını inkişaf etdirməyə istiqamətlənmişdir.

  • Fiziki inkişaf və bacarıqlar
  1. Fiziki fəaliyyətlərdə gündəlik iştirak, topu atıb-tutma və maneələri aşmaqla müxtəlif bədən hərəkətlərinin icra edilməsi.
  2. Kublar vasitəsilə müxtəlif mərhələli layihələrin icrası  üçün plan hazırlanması. və s.
  • Dil bilikləri
  1. Tanış insan, məkan, əşya və hadisələrin detalları ilə təsvir edilməsi
  2. Tanış hekayənin məntiqi ardcıllıqla  - əvvəli, ortası və sonu - nəql edilməsi
  3. Öz adında olan hərflərlə yanaşı digər hərflərin də yazılması
  • Hesab
  1. Sadə nümunələr hazırlanması və ölçülərinə görə əşyaların düzülməsi
  2. Sadə toplama və çıxma əməliyyatlarının icra edilməsi
  • Təbiət və intuisiya
  1. Bilik və şəxsi təcrübəyə əsaslanaraq elmi təcrübələrin nəticələrinin əvvəlcədən söylənilməsi
  • Sosial-emosional
  1. Tanış və yad olan yaşca böyük insanlarla ünsiyyət yollarının axtarılması
  2. Müntəzəm olaraq, bir-birinə hörmət və qayğı göstərərək paylaşma, növbələşmə və ünsiyyət qurmanın öyrənilməsi
  3. Fərqli yanaşmaların dəyərləndirilməsi
  4. Yalnız ünsiyyət quraraq münaqişələri həll etmək bacarığının nümayiş etdirilməsi
  • İncəsənət
  1. Gil və boya kimi materiallardan istifadə edərək incəsənət nümunələrinin hazırlanması
  2. Musiqi növünə və ritminə uyğun hərəkətlər etmək

Uşağınızın gündəlik rejimi:

  • Məktəbəqədər uşaqların təməl və dil bacarıqlarını inkişaf etdirə biləcəyi riyaziyyat, dil, oxu və yazı dərsləri.
  • Uşaqların dinləmə bacarıqlarını və söz bazasını genişləndirəcək musiqili dinamik dərslər.
  • Uşaqların enerji sərf edəcəyi və fiziki bacarıqlarını tətbiq edə biləcəkləri çöl oyunları.
  • Qidalanma və istirahət üçün nahar və yuxu saatı.
  • Tam günlük proqrama gündə 4 dəfə qidalanma daxildir.

Məktəbəqədər uşaqların hər sinfi üçün 2 müəllim nəzərdə tutulur. Siz uşağınızın gündəlik qidalanma, yuxu və təhsil fəaliyyəti barəsində mütəmadi məlumat alacağınıza görə, övladınızın il boyu inkişafından əmin olacaqsınız.

 

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image