• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26
Sinifdənkənar fəaliyyətlər

Kaspi Beynəlxalq Məktəbdə sinifdənkənar fəaliyyət növləri gündəlik tədris rejiminin bir hissəsi şəklində təşkil olunmuşdur.

  • Şahmat - Şahmat oynamağı öyrənmək şagirdlərdə düşünmə bacarıqlarını inkişaf etdirir, zehni şücaəti artırır və birbaşa onların akademik göstəricilərinin artmasına təsir edir.
  • STEAM - Bizim STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) siniflərdə şagirdlər mobil robotlar dizayn etməyi və qurmağı öyrənirlər. Bu prosesdə STEAM anlayaşının əsas prinsiplərini və robotika konsepsiyasını öyrənirlər. 
  • Rəqs, uşaqlar üçün özünüifadə vasitəsi olmaqla yanaşı, onlarda özünə hörmət hissini formalaşdırır və şagirdlərə nizam-intizamı aşılayır.
  • Musiqi proqramının məqsədi uşaqlarda musiqi yaradıcılığında özünə əminliyi inkişaf etdirməkdir. Musiqi özünüifadənin və yaradıcılığın bir növü olmaqla yanaşı, uşaqların yaddaşına və beyin inkişafına da müsbət təsir göstərir.
  • Yemək bişirmə məşğələsində uşaqlar qidalanma başda olmaqla, sıralamanı izləmə, təlimatlara əməletməni öyrənir, bu sahədə ilkin biliklərə yiyələnirlər. Bundan əlavə, yemək bişirmədə ilkin təcrübələr sağlam qidanın sevilməsinə gətirib çıxarır.
  • Teatr dərslərində hər uşaq özünəxas yumor hissini aşkara çıxaracaq, əməkdaşlıq etməyin yollarını, rola girmə vasitəsilə, özünü başqasının yerinə qoymağı və onu anlamağı öyrənəcək, səhnə çıxışlarında isə özünə inamlı olacaq və əldə etdiyi bütün yeni bacarıqlarını məktəb tamaşalarında göstərmək imkanı əldə edəcək.
  • Əmək dərsləri şagirdlərə gündəlik obyektlərin strukturunu, formasını və onlardakı incəlikləri təhlil edib dəyərləndirməyi öyrədir. Bu dərslərdə şagirdlərin əl və göz hərəkətlərinin harmoniyası və çeviklik bacarığı inşikaf edəcək.

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image