• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26
STEAM

Tərəfdaşımız STEMART Academy ilə birgə  tanınmış LEGOVEX təhsil robot dəstləri istifadə etməklə robotexnika əsaslı STEAM tədris proqramı hazırlamışıq. Bizim STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) siniflərdə şagirdlər mobil robotlar dizayn etməyi və qurmağı öyrənirlər. Şagirdlər bu prosesdə STEAM anlayaşının əsas prinsiplərini və robotexnika konsepsiyasını öyrənirlər. 

Bu modul və layihəyə əsaslanan tədris proqramı müəllimlərə robotexnikanın dizayn və qurma  prosesini maraqlı və praktik şəkildə tədris etməyə kömək edir. Şagirdlər bu dərslərdə həvəslə iştirak edir. Müəllimlər mövzuları həqiqi bir mühəndislik layihəsi ilə tədris etməklə şagirdlərdə öyrəndiklərinin aktuallığını daha tez mənimsəməyə şərait yaradır.

STEAM tədris proqramı fərqli təhsil səviyyələri olan şagirdlərin dərsin hədəflərinə rahat çatması üçün hazırlanmışdır. Şagirdlərdə bu dərsləri anlamaq üçün əvvəlki robot texnikası təcrübəsi tələb olunmur, yeni başlayanlar bilik və bacarıq səviyyələrini tədris bölmələri üzrə ardıcıl olaraq tədricən artırırlar.

 

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image