• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26
Niyə Kaspi Beynəlxalq Məktəbi?

Kaspi Beynəlxalq Məktəbi uşaqların müasir təhsili istiqamətində Kaspi Təhsil Şirkətinin beynəlxalq layihəsidir. Kaspi Beynəlxalq Şirkəti 12 ildən çoxdur ki, Azərbaycanda yüksək təhsil verən ən böyük təhsil şirkətlərindən biridir. Kaspi Təhsil Şirkəti Bakıda 2 özəl məktəb, 5 yerli bağça, Bakı və Abşeronda 9 yerli mərkəz, Sumqayıt və Gəncədə 2 mərkəz və ölkənin digər bölgələrində isə 7 yerli nümayəndəlikdən ibarət 24 təhsil mərkəzinin əsasını qoymuşdur. Təhsil sahəsində təsdiq olunmuş və özünəməxsus imzası olan Kaspi Beynəlxalq Məktəbi uşaqlara yüksək standartlara malik beynəlxalq təhsil verən mərkəzə çevrilir.

Biz sizin övladınızın oynamasına, öyrənməsinə və məktəbdən zövq almasına imkan yaradan təhlükəsiz, tərbiyəedici və həvəsləndirici mühiti təmin edirik. Bizim məktəbdə uşaqlara özünəinam və özünə dəyər kimi hissləri təşviq edərək onları müstəqil olmağa ruhlandırılırlar. Onlar həmçinin öz hisslərini ifadə etməyə və bir-birlərinə hörmət etməyə həvəsləndirilirlər.

Kaspi Beynəlxalq Məktəbində tədris dünya ölkələrinin bir sıra beynəlxalq məktəblərində tətbiq olunan Kembric Beynəlxalq Kurikulumu üzrə aparılır. Bu kurikulum əsasında özünəinamlı, məsuliyyətli, yaradıcı və tənqidi düşüncəyə malik şagirdlər yetişir. 

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image