• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26

SUAL:Kaspi Beynəlxalq Məktəbinə qəbul hansı yaşdandır?

CAVAB:Kaspi Beynəlxalq Məktəbində 1-ci sinifə qəbul  üçün yaş həddi 6-7 yaşdır.

Məktəbəqədər sinifə (year 1) qəbul üçün yaş həddi 5-6 yaşdır.

SUAL: Kaspi Beynəlxalq Məktəbində təhsil ödənişlidir?

CAVAB: Bəli, ödənişlidir.

İllik təhsil haqqları aşağıdakı kimidir:

Məktəbəqədər (year 1) (5-6 yaş) – 6200 AZN

1-2-ci siniflər – 8800 AZN

SUAL : Təhsil haqqına nələr daxildir?

CAVAB: Təhsil haqqına aşağıdakılar aiddir:

-Məktəbli forması;

- Qidalanma;

-Ekskursiyalar; (şəhər xarici ekskursiyalar daxil deyil)

-Dərsdən kənar məşğələ və dərnəklər.

Sual: Təhsil haqqı hansı formada həyata keçirilir?

Cavab: Təhsil haqqının ödənilməsi aşağıdakı kimi həyata keçirilir:

Hissəli ödəniş

İlkin ödəniş olaraq Təhsil haqqının 40%-i ödənilir, qalıq məbləğ 6 aya bölünür və ən geci martın 5-dək tamamlanmalıdır.

Tam ödəniş

1 illik təhsil haqqını tam ödəyənə 250 manat endirim verilir.

Qeyd: Ümumi təhsil haqqınının 40% və daha artıq cəmi endirim almış şagirdlər tam ödəniş endirimindən yararlana bilməz.

SUAL : Təhsil haqqına hər hansı endirim və ya güzəştlər nəzərdə tutulurmu?

Kaspi Beynəlxalq Bağçası və Məktəbəqədər (year 1)endirimi.

Kaspi Beynılxalq məktəbdə məktəbəqədər hazırlıq bölməsini bitirərək 1-ci sinfə qəbul olan şagirdlərin ümumi təhsil haqqına 500 (beş yüz) manat endirim tətbiq edilir.

Ailə endirimi

Kaspi Liseyinə 1 ailədən 2 və daha artıq şagird qeydiyyatdan keçərsə, 2 ci şagirdə 10%, 3 cü şagirdə 20% və bu ardıcıllıqla hər növbəti şagird üçün əlavə 10 % olmaqla endirim tətbiq edilir.

SUAL: Kaspi Beynəlxalq Məktəbində təhsil almaq üçün necə müraciət etmək olar?

 CAVAB: Müraciət etmək istəyənlər hal-hazırda aşağıdakı linkə daxil olaraq Onlayn formada qeydiyyatdan keçə bilərlər:

www.kaspi.edu.az/lisey2020

SUAL: Qəbul prosesi hansı mərhələlər üzrə həyata keçirilir?

CAVAB: Qəbul prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilir.

  1. Onlayn müraciət (www.kaspi.edu.az/lisey2020)
  2. Qəbul imtahanı (ödənişlidir)
  3. Müsahibə
  4. Müqavilə

SUAL : Müraciət üçün hansı sənədlər tələb olunur?

CAVAB: Müraciət üçün aşağıdakı sənədlər tələb olunur:

1. Müraciət forması (liseydə doldurulacaq)

2. Şagirdin doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti

3. Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti

4. Sağlamlıq haqqında arayış (yalnız I siniflər üçün)

5. Dörd ədəd fotoşəkil (3x4 sm ölçüdə)

SUAL: Liseyin Qəbul imtahanının tarixi nə vaxtdır?

CAVAB: Qəbul imtahanları adətən aprel ayının 2-ci yarısında təşkil olunur. Bu il isə Covid 19 pandemiyası ilə əlaqədar olaraq aprel ayında keçirilməli olan Qəbul imtahanı təxirə salınıb və imtahanın tarixi xüsusi karantin müddəti bitdikdən sonra ictimaiyyətə elan olunacaq.

SUAL : Qəbul imtahanı hansı formatda həyata keçirilir?

CAVAB: 1-ci mərhələ 10 tapşırıqdan ibarət imtahan;

              2-ci mərhələ şagirdin məntiqi təfəkkürünü, nitq qabiliyyətini ölçən fərdi görüş.

SUAL : Bir sinifdə maksimum neçə şagird təhsil alır?

CAVAB: Siniflər 16-18 nəfərlikdir.

SUAL:Sinifdə neçə müəllim olur?

CAVAB:Siniflərdə bir əsas müəllim bir də köməkci müəllim olur.

SUAL:Dərs keçən müəllimlər  əcnəbidir (expat) ya yerli?

CAVAB:Kaspi Beynəlxalq Məktəbində bütün qruplarda həm əcnəbi həm də yerli müəllimlər tədris edirlər.

SUAL:Kaspi Beynəlxalq Məktəbində psixoloq fəaliyyət göstərirmi?

CAVAB:Bəli. Şagirdlərin istər tədrislərində istərsə də davranışlarında hər hansı bir narahatçılıq yaranarsa dərha psxoloqumuz uşaqla görüşür probemin nədən qaynaqlandığını aşkarlayır və birlikdə onu həll etməyə çalışırıq.

SUAL : Dərslər hansı saatlarda başlayır və bitir?

Dərslər hər gün saat 8:30-da başlayır və 17:00-da bitir.

SUAL: Kaspi liseyində tədris necə təşkil olunur?

Kaspi liseyində tədris proqramı şagirdlərin bilikləri ilə yanaşı 21-ci əsr bacarıqlarını da inkişaf etdirməyə yönəlmişdir.

I və II siniflər üzrə:

  • Tədris Kembric (Cambridge) kurikulumu əsasında aparılır;
  • Əsas fənlərin (Math, Phonics, Science, Social Studies, English) tədrisi ingilis dilindədir;
  • Azərbaycan və rus dili fənninin tədrisi milli kurikulum əsasında aparılır;
  • İnformatika (Kompyuter) fənni xüsusi proqram əsasında tədris olunur;
  • Şagirdlərin məntiqi analiz etmə və riyazi mühəndislik qabiliyyətlərini inkşaf etdirmək üçün STEM dərsi tədris olunur;
  • Sosial bacarıqların inkişafı  üçün musiqi, rəqs, incəsənət (art) və dram dərsləri keçirilir;
  • Günün ikinci yarısında müxtəlif idman növləri (şahmat, futbol, basketbol, gimnastika) üzrə dərnəklər təşkil olunur;
  • Ev tapşırıqlarının həlli və möhkəmləndirmə dərsləri təşkil olunur.

SUAL : Şagirdlərin günlük rejimi necə təşkil olunur?

CAVAB:  Kaspi Beynəlxalq Məktəbində şagirdlərin günlük rejimi aşağıdakı kimidir:

8:30-dan 9:00-dək səhər yeməyi

9:00-dan 13:00-dək əsas fənlərin tədrisi

13:00-dan 13:30-dək nahar fasiləsi

13:30-dan 15:00-dək əsas fənlərin tədrisi

15:00-dan 16:00-dək dərnək fəaliyyətləri

16:00-dan 17:00-dək ev tapşırıqlarının həlli

SUAL:Kaspi Beynəlxalq Məktəbin bağçası varmı?

CAVAB: Bəli var. Kaspi Beynəlxalq Məktəbinin tərkibində həm də Beynəlxalq Bağça fəaliyyət göstərir. Bu bağçadakı FS1 qrupuna qəbul üçün yaş həddi  3-4 yaş. Aylıq ödəniş isə 600AZN-dir.

FS2 qrupuna qəbul üçün yaş həddi isə 4-5 yaş, aylıq təhsil haqqı isə 650AZN-dir.

Daha ətraflı https://www.kaspi-international.az/az/page/6-pre-kinder-ages-2-5-4

https://www.kaspi-international.az/az/page/7-kinder-1-4-5-yaslilar

SUAL: Əgər uşağın 3 yaşı tamam olmayıbsa Kaspi Beynəlxal Uşaq Bağçasına götürülə bilərmi?

CAVAB:Bəli götürülə bilər, amma aşağıdakı hallarda :

  • Əgər uşağın 3 yaşı dekabr ayına qədər tamam olarsa
  • Emosional və fiziki olaraq qrupdakı uşaqlarla uygunlaşa biləcəyinə əmin olarıqsa

SUAL : Avtobus xidməti (məktəbli servisi) təşkil olunurmu?

CAVAB: Kaspi liseylərində məktəbli servisi fəaliyyət göstərir. Bu xidmət SV Trans adlı nəqliyyat şirkəti tərəfindən həyata keçirilir və əlavə ödənişlidir. Müraciət mərhələsində qeydiyyat şöbəsinə bu barədə məlumat verməyiniz sizdən tələb olunur. Bu zaman yaşadığınız ünvan və əlaqə saxlamaq üçün bir telefon nömrəsi təqdim etməlisiniz. Qəbul prosesi bitdikdən sonra ünvanınıza uyğun olaraq marşrut xətti və müvafiq ödəniş təyin olunur. Məlumat üçün bildiririk ki, avtobus xidmətimiz tam keyfiyyətli və təhlükəsiz formada təşkilini təmin etmək məqsədilə liseyimiz tərəfindən mütəmadi nəzarət və monitirinq tədbirləri görülür.

SUAL: Məktəbli formasının keyfiyyəti necədir?

CAVAB: Məlumat üçün bildirək ki, liseyimizin məktəbli formaları uniforma  hazırlanması sahəsində Türkiyənin qabaqcıl tekstil brendlərindən biri olan “Natura” şirkətindən sifariş olunur. Məktəbli formamızın bütün çeşidləri 100% pambıqdan hazırlanmaqla yanaşı, yüksək zövqlü dizayna malikdir.

SUAL: Qidalanma haqqında nə deyə bilərsiniz?

Cavab: Kaspi Liseylərində qidalanma şagirdlərin gün ərzində (dərs prosesi müddətində) itirdikləri enerjinin bərpa olunması (tələb olunan kalori miqdarında), zəruri vitamin və mineralların qəbulu, bunula yanaşı uşaqların sevdikləri yeməklərin menyuya daxil edilməsi kimi nüanslar nəzərə alınmaqla təşkil edilir. Ən əsası isə bütün yeməklərin təzə və keyfiyyətli məhsullardan dadlı bişirilməsinə diqqət edilir. Şagirdlərimizə daim keyfiyyətli, sağlam və təhlükəsiz qida verilməsinin təmin edilməsi məqsədilə tərəfimizdən mütəmadi nəzarət və monitorinq tədbirləri həyata keçirilir.

SUAL: Kaspi Beynəlxalq Məktəbi hansı ünvanda yerləşir?

Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi 26 (Xətai metrosunun arxası)

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image