• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26
Sağlamlıq

Kaspi Beynəlxalq Məktəbi uşaqların sağlamlığına xüsusi diqqət yetirir. Bütün uşaqlar gündəlik tibbi müayinədən keçirlər. Əgər müayinə zamanı uşağın sağlamlığında hər hansı bir mənfi hala rast gəlinərsə, həmin uşağın valideynlərinə dərhal xəbər edilir və ilkin tədbirlər görülür. Sanitar və epidemik hallara qarşı məktəbdə gündəlik və aylıq dezinfeksiya işləri görülür.

Aşağıda qeyd edilən ən vacib gigiyenik addımlar uşaqların sağlamlığının qorunmasını təmin edir:

- uşaqların gözlərini qorumaq üçün hər bir otaqda gigiyenik normalara uyğun quraşdırılmış təbii və süni işıqlandırma
-  otaqların havalandırılması üçün quraşdırılmış müvafiq ölçüdə ventilyasiya panelləri
- vacib mexaniki ventilyasiya və mərkəzləşdirilmiş istilik sistemləri
-  gigiyenik qaydalara tam şəkildə cavab verən isti və soyuq su sistemi

Fiziki tərbiyə dərsləri uşaqların sağlamlığının möhkəmləndirilməsini təmin edir, onların bədən müqavimətini artırır və düzgün fiziki inkişaflarına şərait yaradır. Uşaqlara həmçinin, təmiz və sağlam qalmaq üçün şəxsi gigiyenik qaydalar öyrədilir.

İlk yardım otağı

Məktəbdə lazımi tibbi ləvazimatlarla təchiz edilmiş ilk yardım otağı mövcuddur və uşaqların sağlamlığının qayğısına qalan ixtisaslaşmış tibb bacısı fəaliyyət göstərir. İlk yardım otağı uşağa təcili tibbi yardım göstərmək üçün vacib olan əsas tibbi avadanlıqlarla təchiz olunmuşdur.

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image