• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26
Qidalanma

Düzgün qidalanma sağlamlığın əsasıdır.

Qidalanma uşaqların inkişafında önəmli rol oynayır. Yüksək keyfiyyətli balanslaşdırılmış ərzaqlarla qidalanan uşaqlar digərləri ilə müqayisədə məktəbdə daha yüksək nəticələr göstərir və öz uğurlarından zövq alırlar.

Kaspi Beynəlxalq Məktəbi olaraq, biz uşaqların sağlamlığına, öyrənmə bacarıqlarının inkişafına önəm veririk, buna görə də, biz vitaminlərlə zəngin meyvə və tərəvəzlər daxil olmaqla yüksək qidalandırıcı keyfiyyətə malik təbii ərzaqlardan menyular hazırlayırıq.

Uşaqların düzgün qidalanmasından əmin olmaq üçün gündəlik menyuya həkim tərəfindən nəzarət edilir.

Biz uşaqların sosiallaşmasının və düzgün süfrə mədəniyyətinə yiyələnməsinin vacibliyini anlayır və bunun üçün də onlara tərəfimizdən lazım olan qaydaların  öyrədilməsinə çalışırıq.

Uşaqlara sağlam qidalanmaları üçün gün ərzində səhər yeməyi, meyvə, nahar və şirniyyat verilir.

Əziz valideynlər, unutmayın ki, sağlam həyat və düzgün qidalanma sizin övladlarınızın həm indi,  həm də gələcək həyat tərzlərinin sağlamlığına zəmanətdir.

Mətbəx və yemək otağı

Mətbəx bütün sanitariya standartlarına cavab verir və uşaqların təzə, sağlam və dadlı qidalarla təmin olunması üçün lazım olan soyuducular, mikrodalğalı sobalar, xüsusi mətbəx sobaları, mətbəx çanaqları və digər avadanlıqlarla təmin olunmuşdur.

Məktəbdə uşaqlara və işçi heyətinə səhər yeməyi və naharın verildiyi yeməkxana mövcuddur.  heyəti yemək otağının müntəzəm olaraq təmiz və səliqəli saxlanmasına nəzarət edir.

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image