• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26

Uşaqların təhlükəsizliyi etibarlı əllərdədir

Kaspi Beylənxalq Məktəbdə təhlükəsizlik  yüksək səviyyədə təşkil olunmuşdur:

Məktəb güclü yanğından müdafiə sistemi, müşahidə kameraları, gücləndirilmiş mühafizə və təhlükəsizlik sistemi ilə təchiz edilmişdir. Uşaqların bağçaya giriş və çıxşının qeydiyyatı aparılır və onlar ya valideynə, ya da əvvəlcədən  təyin olunmuş şəxslərə təhvil verilir. Onu da qeyd etməliyik ki, məktəbimiz, təhlükəsizlik qaydalarına uyğun şəkildə tərtib olunan sinif otaqlarına görə fərqlənir.

Bundan əlavə, uşaqlara günlük həyatda təhlükə və çətinliklərə hazır olmaq,  yol-hərəkət qaydalarına düzgün riayət, təbii fəlakət və yanğın kimi təhlükəli və fövqəladə hallarda necə rəftar etmək lazım olduğu da öyrədilir.

Beləliklə, valideynlər uşaqlarını Kaspi Beynəlxalq Məktəbinə arxayın bir şəkildə həvalə edə bilərlər.

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image