• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26
Kompyuter laboratoriyası

Bizim kompyuter laboratoriyası uşaqların texnologiyanı tədqiq edərkən daha həvəslə işləməsinə şərait yaradan öyrədici proqram və oyunlarla zəngindir və bunların köməyilə uşaqlar rəqəm, səsli hərflər, elecə də bəzi elmi anlıyışları öyrənəcəklər. Biz şagirdlərimizə 21-ci əsr bacarıqlarını vermək üçün xüsusi proqram tərtib etmişik.

Aşağı sinif şagirdlər əsasən kompyuterin əsas 6 hissəsini tanıyacaqlar. Bunlar ekran, klaviatura, əsas qurğu, siçan, sərt disk və printerdir. Bundan əlavə, şagirdlər siçandan istifadə etməklə istiqamətləndirmək, klikləmək və hərəkət etdirmək kimi bacarıqlara yiyələnəcəklər. Onlar adlarını, doğum tarixlərini və sadə cümlələri klaviaturada yazmağı öyrənəcəklər.

Yuxarı sinif şagirdlər isə alqoritmlərin baza anlayışları ilə tanış olacaqlar. Onlar blok əsaslı proqramla sadə oyunlar kodlaşdıracaq və dizayn edəcəklər.

Onlar kompyuter laboratoriyasında texnologiyanın köməyilə nəinki ünsiyyət bacarıqlarını eləcə də yüksək qavrama bacarıqlarını inkişaf etdirəcəklər.

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image