• Telefon : (012) 310-55-12 // (070) 361-50-37
  • İş saatları : 08:00-18:00
  • Ünvan : Bakı, Natiq Əliyev 26

Kaspi Beynəlxalq Məktəbinə xoş gəlmisiniz

Kaspi Beynəlxalq Məktəbi uşaqların müasir təhsil istiqamətində Kaspi Təhsil Şirkətinin beynəlxalq layihəsidir. Kaspi Beynəlxalq Şirkəti 12 ildən çoxdur ki, Azərbaycanda yüksək təhsil verən ən böyük təhsil şirkətlərindən biridir. 

Biz hər bir uşağın sosial-emosional bacarıqlarını və tənqidi düşünmək qabiliyyətini inkişaf etdirməyi və bununla da dünyada bir-birinin probleminə hörmət edən və dərin həssaslıqla yanaşan dünyagörüşlü, qayğıkeş vətəndaş hazırlamağı qarşımıza məqsəd qoymuşuq. Biz Kaspi Beynəlxalq Məktəbində müəllimlərin bələdçiliyi və müşayiəti ilə uşaqları kənardan izləyici olmağa deyil, öyrənməni kəşf edəcək, fəal iştirakçı olacaq və eləcə də tənqidi düşünmə və problem həlletmə bacarıqlarını tətbiq edə biləcək şagird olmağa cəsarətləndiririk. Uşaqlar dil öyrənmə, sosial-emosional, hesab, yaradıcılıq sənəti, həyat bilgisi və fiziki bacarıqları kimi müxtəlif sahələrdə qoyulan məqsədlərə uğurla nail olmalarını təmin etmək məqsədi ilə və onların bu sahələr üzrə inkişafını izləmək üçün hər bir uşaq fərdi şəkildə qiymətləndirilir.

Biz "Foundation Stage" və "Key stage 1" mərhələləri üzrə uşaqlara sağlam, təhlükəsiz və əlverişli öyrənmə mühiti təklif edirik. "Foundation Stage" mərhələsi 2,9 -4 yaşlı (Pre-K) və 4-5 yaşlı (Kinder 1) qrupları əhatə edir. "Key stage 1" mərhələsi isə 5-6 yaşlı məktəbəhazırlıq qrupunu (Year 1) və 6-7 yaşlı 1-ci sinfi (Year 2) əhatə edir. 

Kaspi Beynəlxalq Məktəbində 2020-2021-ci tədris ili üçün 2-5 ci sinifləri əhatə edən "Key stage 2"  (Year 3-6) səviyyəsi üzrə 2-ci sinfə şagird qəbulu elan olunur.

Mi̇ssi̇yamız və hədəfi̇mi̇z

Bizim missiyamız yerli təhsilin standartlarını yüksəltmək və beynəlxalq təhsilin imkanlarını və perespektivlərini müəllimlərə, uşaqlara və valideynlərə təqdim etməkdir.

Bundan əlavə, hər bir uşağın akademik cəhətdən zəngin mühitdə  intelektual, sosial, fiziki və mənəvi inkişafını təşviq edəcək şəraiti təmin etmək də bizim missiyamızdır. 

Bizim hədəfimiz hər bir uşağın öyrənmə potensialını  inkişaf etdirmək, elmə sevgi, maraq və müstəqil şəkildə yanaşmağa həvəsləndirərək, uşaqların qloballaşan dünyaya və cəmiyyətə töhfə verən üzvlər olmasına kömək edərək Azərbaycanda aparıcı, innovativ təhsil müəssisəsi olmaqdır.

Kaspi Beynəlxalq Məktəbi– uğurlu gələcəyin başlanğıc nöqtəsi!

Bizim tərəfdaşlar

Biz öz tərəfdaşlarımızla sıx şəkildə əməkdaşlıq edirik. Onlar işimizi daha da keyfiyyətli görmək üçün bizi daim dəstəkləyirlər.

partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image
partner image